Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

MARAQLI
15:55 17.09.2021
2682
Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub.

Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəhd etdiyi məlum olub.
 
2 illik münasibətlərində dəfələrlə zorakılığa məruz qaldığını bildirən qadın, hadisəni görən və polisə xəbər verən qonşuları tərəfindən xilas edilib.
 
Polis isə "Bəlkə qonşular polisə zəng etməsəydi və görüntülər kameraya düşməsəydi, qadın sağ olmazdı" deyib.

Kadrlarda 35 yaşlı Mariya Xose sol ayağını pəncərənin üstünə qoyub. Ancaq hamilə olduğu bildirilən qadının 32 yaşlı həyat yoldaşı Vitor Batista başından tutaraq onu mənzilə geri çəkdiyi açıq-aydın görünür.

Braziliyanın G1 xəbər kanalına görə, Batista açıqlamasında davanın "sadəcə bir cütlük davası" olduğunu söyləyib.

Pəncərədən tullanaraq qaçmaq istəyən Xose, telekanala iki illik həyat yoldaşının münasibətləri əsnasında onu dəfələrlə döydüyünü söyləyib. Xose əri haqqında "Çox qısqancdır. İşə getməyimə belə icazə verməzdi. Hətta ona görə işimi də itirdim" fikirlərini söyləyib.

Ayşən Mirzəyeva
 







OXŞAR XƏBƏRLƏR