"Əri xoş günündə Tünzalənin yanında idi, indi yox" - Mirkamil

"Əri xoş günündə Tünzalənin yanında idi, indi yox" - Mirkamil
MAQAZİN
13:10 31.10.2018
5491
Müğənni Mirkamil Kamilovun əməkdar artist Tünzalə Əliyeva haqda sosial şəbəkədə yazdıqları müzakirələrə səbəb olub. Bir çoxları bu sözləri ifaçının özünün yazmadığını, İnstaqram profilinin oğurlandığını iddia edib. 

Mirkamil "Bizimləsən" verilişinə zəng edərək, hadisələrə münasibət bildirib. O, sosial şəbəkədəki sözləri özünün yazdığını etiraf edib:

"Tünzaləyə bacı demişəm, əbədi sözüm budur. Hamı bu xanımın üstünə düşüb. Onu verilişə çağırdınız, hamı dəstək oldu, bunu alqışlayıram. Mənim imkanım olmadı yardım edim. Dedim ki, toylarım başlasın, mən də ona yardım edəcəm. 

Bütün bu gedişatda yoldaşını yanında görmədim, əsəbiləşdim. Xoş günündə yanında idi, indi nə oldu? Onun Tünzaləni atmağa ixtiyarı yox idi. Hər an onun yanında olmalıdır. Ağlından keçirməsin ki, xəstədir deyə, çıxıb gedər. Tünzalənin mənim kimi qardaşı var. 

Yazılanlardan, yayılan söz-söhbətlərdən yan keçə bilmədim. Əgər işin içində dələduzluq varsa, deməliydim. Mənim də xəstəliyim var, çıxım deyim ki, pul verin? Çıxıb istəsəm, ən az 1 milyon insan 1 manatdan yardım edəcək".
 
Mirkamil digər açıqlaması ilə diqqət çəkib. O, bir neçə xəstəlikdən əziyyət çəkdiyini və özü-özünü mülaciə etdiyini bildirib:

"Dörd-beş xəstəliyim var, hamısını özüm sağaltmışam. Narkomanlıqdan tutmuş, beyin xərçənginə qədər hər şey yerindədir. Bunu necə etdiyimi paylaşacam. Xalqın kasıb da, imkanlı da övladı var. Xəstəliklərimi necə müalicə etdiyimi açıqlayacam".

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Tünzalənin yalan danışdığı, əslində 5 ildir bu xəstəliyi olduğu bildirilmişdi. Tünzalə isə onlara cavab olaraq qarğış edib və onun "Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözləri hər kəs tərəfindən tənqid edilib. 

Mirkamil isə bu fikirləri paylaşaraq aktrisanın ünvanına "Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın (Azərbaycanlı "qanuni oğru” Rövşən Canıyevin anası - red.) balalarının boğazından kəsilib sizə göndərilən 13 min manat pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə "dvijeni" fikirləşən yoldaşın mütləq bu yazımı oxusun. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulun rahat xərcləyə bilərəm" fikrini işlədib.
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
17:07 17.03.2025
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
17:06 17.03.2025
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
17:05 17.03.2025
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
Bakıda kişi restoranda iftar zamanı öldü
16:48 17.03.2025
Bakıda kişi restoranda iftar zamanı öldü