“Ərimdən boşanma xəbərim şou idi” – Mətanət ailəsindən danışdı (MÜSAHİBƏ)

ÖZƏL
13:23 22.08.2017
13075

ATV-nin tanınmış siması Mətanət Əliverdiyevanın AZXEBER.COM-a müsahibəsini təqdim edirik:

- Efirdə həm aktrisa, həm də aparıcı kimi çıxış edirsiniz. Yorğunluq hiss olunurmu?

- Mən heç vaxt yorulmuram. Gecə-gündüz işləsəm də yorulmaq bilmirəm. Çünki mən sevdiyim işi görürəm. Əslində mən evdə oturanda yoruluram. Məzuniyyətdə olsam da, özümə məşğuliyyət tapıram.

- Bəs bu il məzuniyyət zamanı nə etdiniz?

- Bədii filmə çəkildim. O da komediya janrındadır. Hazırda da çəkilişlər davam edir.

- Filmdə hansı obrazı canlandırmısınız?

- Filmdə Fərda ilə oynamışam. Çox maraqlı obraz canlandırmışam. Hadisələr Fərdanın qurduğu bir şirkətin ətrafında baş verir. Fərda "Tənha qadın” agentliyi açır və orada nələr-nələr baş verir. Mən də bütün xanımlar kimi onun fırıldağının qurbanı oluram. Daha sonra isə elə mən Fərdanı ifşa edirəm.

- Real həyatda necə, sizə yalan danışan insanı ifşa edərdiniz?

- İnsanların gözünün içinə baxan kimi onların nə etmək istədiklərini anlayıram. Onun gözünə baxan kimi bilirəm ki, o nə yuvanın quşudur.

- Şəhərə çıxanda insanların sizə münasibəti necə olur?

- İnsanların sevgisi məni yaşadır. Məni tanıyan insanlar bilir ki, mən nə qədər sadəyəm. Uşaqla uşaq, böyüklə böyük kimi davranıram. Hətta uşaqlarla qaçdı- tutdu da oynayaram. Qadınlar mənə deyir ki, serialda qızlarınla , ərinlə davranışını biz də evdə edirik. Şəhərdə insanlarla bir araya gələndə kimi efirdəki kimi mehriban olduğumu deyirlər. Mən də deyirəm ki, mənim bir üzüm var, iki üzüm yoxdur.

- Qadın olmağın sizin üçün çətinlikləri nələrdir?

- Ailədə elə şeylər olur ki, qadın onu gizlətməlidir. Qadın ailədə aparıcı qüvvədir. Bütün prosesləri qızışdıra , soyuda da bilər. Ona görə ana olmaq çətindir.

- Bir az da şəxsi həyatınızdan danışaq. Qız anası olmaq istərdiniz?

- İki oğul övladım var. Biri böyükdür - 26 yaşın içindədir. O birisi isə hələ balacadır, 3-cü sinifdə oxuyur. İki oğlan övladından sonra qız anası olmaq istərdim. O da ki, qismət. Bilirsiz, qız anası olmaq böyük bir məsuliyyətdir.

- Bir ara mətbuatda həyat yoldaşınızdan ayrılmağınızla bağlı xəbərlər yayılmışdı. Yenidən ailə həyatı qurmaq istəyərdiniz?

- Mənim ailəmə nə gəlib ki? O da bir şou idi. Hər bir şey də şou axtarmaq lazımdır. (gülür)

 

Nazim Qasımzadə,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR