Qızına qarşı seksual xarakterli hərəkətlər edən ərini öldürən qadın onun ətindən qovurma bişirdi. Pakistanın Karaçi əyalətində baş vermiş hadisə qoşunun hiss etdiyi yanıq iyini xəbər vermək üçün Zeynəb Bibi adlı qadının qapısını döyməsi ilə meydana çıxıb. Açıq qapıdan evə girən qonşu 42 yaşlı Zeynəb Bibinin əri Əhməd Abbasın ayaqlarını və qollarını bişirdiyini görərək polisə zəng vurub. Polis tərəfindən saxlanılan Bibi işlədiyi cinayəti etiraf edərək peşman olmadığını deyib: “Qızıma toxunmasına icazə vermədim. Çayına yuxu dərmanı ataraq yatdırdım və iplə boğdum. İylənmədən cəsəddən xilas olmaq üçün parçalayaraq ədva ilə bişirdim. Peşman deyilim”. Faktla bağlı başladılan istintaq çərçivəsində Zeynəb Bibiyə yardım edən 22 yaşlı qohumu da saxlanılıb və cinayətdə istifadə olunan qazan və baltalar dəlil kimi müsadirə olunub. Qadın verdiyi ifadədə yeməyi bişirdikdən sonra qonşulara yandı deyərək zibilliyə atmaq istədiyini bildirib.