“Erkən nigahlara qarşı maarifləndirmə” layihəsi həyata keçirilib

GƏNCLİK
14:07 19.03.2014
1612

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 17 Mart 2014-cü il tarixində Masallı rayonunda “Erkən nigahlara qarşı maarifləndirmə” layihəsi həyata keçirilmişdir. 

Layihənin rəhbəri, UNİCEF-in “Sağlam həyat tərzi” mövzusunda təlimçisi Əligül Ağayev tədbiri açıq elan edərək layihənin başlıca məqsədinin regionlarda yaşayan gəncləri mövzu üzrə maarifləndirməklə erkən nigahlarının sayının azaldılmasına nail olmaq olduğunu bildirmişdir.

Layihədə Masallı rayonudan olan 50 nəfər gəncə erkən nihgah və onun fəsadları,Azərbaycan Respublikasının nigah qanunvericiliyi barədə məlumantlar verilmişdir. Qeyri-formal təhsil metodundan istifadə edərək interaktiv oyunlar keçirilmiş, mövzuya uyğun hazırlanmış maarifləndirmə materialları iştirakçılara paylanılmışdır.

Layihədə apaılan müzakirələr zamanı, cəmiyyətdə mövcud olan müxtəlif problemlərin erkən nigahların sayının artmasına səbəb oluduğu, bu sıradan savadsızlıq, məlumatsızlıq, bəsit düşüncə tərzi və maddi problemləri müzakirə olunmuş, erkən nigahların nəticəsinə qanunsuz ailələr, boşanmalar, fiziki və mənəvi cəhətdən zəif olan uşaqlar –formalaşmaqda olan nəsil və ən əsası ana və uşaq ölümlərini kimi ortaya çıxan fəsadlar müəyyən olunmuşdur.

Layihədə iştirak edən Masallı rayonu Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov dövlətin erkən nigahlara qarşı mübarizədə apardığı siyasətdən, maarifləndirmə tədbirlərindən və bu tipli layihələrin əhəmiyyətini diqqətə çatdırmışdır.

OXŞAR XƏBƏRLƏR