Ərlə arvad birgə ölməyə qərar verdilər

Ərlə arvad birgə ölməyə qərar verdilər
Bütün Xəbərlər
14:56 26.09.2014
1084
Cütlük hesab edir ki, onlardan birinin o birini itirməsi daha çox bədbəxtlik gətirə bilər.
Belçikada yaşlı ər və onun həyat yoldaşı evtanaziya yolu ilə eyni vaxtda həyatdan köçmək qərarına gəliblər.
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, ər və arvadın fikrincə ölüm onları haqlayıb, ancaq onlar öz əlləri ilə intihar edib həyatlarına son qoymaq istəmirlər.
89 yaşlı Fransis və 86 yaşlı Anna onlardan biri ilə bağlı bədbəxtlik baş verməsindən qorxduqlarından evdən yalnız birgə çıxırlar. Artıq 20 ildir Fransis prostat xərçəngindən müalicə olunur və bir günü belə, morfisiz keçirmir, onun həyat yoldaşı isə görmə qabiliyyətini qismən itirib və qulaqları faktiki eşitmir. Cütlük hesab edir ki, onlardan birinin o birini itirməsi daha çox bədbəxtlik gətirə bilər.
OXŞAR XƏBƏRLƏR