Hər evlilik ömürlük olmur. Şiddət, xəyanət, maddi çətinliklər evliliklərə son qoyur. Adətən kişilərin xəyanətinə rast gəlinsə də, məşhur qadınlar arasında həyat yoldaşını aldadanlar az deyil.
AZXEBER.COM Musavat.com-a istinadən həyat yoldaşına xəyanət edən məşhur türkiyəli qadınların siyahısını hazırlayıb.
Məşhur model Ebru Şallının iş adamı Harun Tanla evli olduğu müddətdə Sinan Akçıl ilə eşq yaşadığı iddia edilmişdi.
Azərbaycanda bir tədbirdə görüşən Şallı ilə Akçıl münasibətlərini inkar etsə də, model boşandıqdan sonra eşq yaşamağa başladı.
Komediyaçı Mehmet Ali Erbil ilə evli olan Tuğba Coşkun vəkili Önder Fırat ilə Londonda səmimi olaraq görüntülənib. Bu xəbərdən sonra cütlük boşanıb.
Aktrisa Songül Ödenin adı Kıvanç Tatlıtuğ ilə eşq iddialarına qarışmışdı. Canberk Uçucu keçmiş həyat yoldaşı Songül Ödenin həmkarı ilə birlikdə onu aldatdığını açıqlamışdı.
Umut Elçioğlu ilə evli olan aktrisa Pınar Altuğ həyat yoldaşını əsgərlikdə olan zaman Tony Teodoridisi ilə aldadıb.
Aktrisa Defne Samyeli həyat yoldaşı Eren Taluya Əl-Cəzairdə işləyən jurnalist Richard Gizbert ilə xəyanət edib.
2008-ci ildə evlənən Ceyda Düvenci və Engin Akgün 2013-cü ildə evliliyinə son qoyub. Engin Akgün Ceyda Düvencinin onu məşhur bir jurnalistlə aldatdığını açıqlayıb.
Müğənni Sibel Can ilə Hakan Uralın ayrılmasına Karahan Çantay səbəb olub. Cütlük boşandıqdan sonra isə Karahan Çantay itkin düşüb.
Model Tuba Ünsal isə həyat yoldaşı Cem Cantaşa müğənni Yalınla xəyanət edib.
Məşhur müğənni Pınar Aylin ilə Mert Tokatlıoğlunun boşanmasına səbəb Enis Onat olub.