Azxeber.com portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, portal “Ərdoğan əlində silahla görüntüləndi” başlığı ilə xəbər yayımlayıb. Xəbərdə yerləşdirilən şəkildə isə, Ərdoğanın İstanbulda keçirilən yarışların birində start tapançasını yuxarı qaldırması görüntülənib. Bu görüntülərin yayımlanmasından sonra Erməni mətbuatı, bunu Ərdoğanın silah marağı ilə əlaqələndirib. Qeyd edək ki, idman yarışlarında yarışı başlatmaq üçün start tapançasından istifadə edilir.