Erməni müğənni Azərbaycanda konsert vermək istəyir

Erməni müğənni Azərbaycanda konsert vermək istəyir
Bütün Xəbərlər
09:53 28.04.2011
1956

Ermənistanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisi Emmi konsertlər və promoturlar çərçivəsində Azərbaycanda çıxış etməyə hazırdır. Bunu News.am saytına açıqlamasında müğənninin özü Azərbaycanın müsabiqədəki təmsilçiləri Eldar Qasımov və Nigar Camalın “Komsomolskaya pravda-Ukraina” qəzetinə açıqlamasına münasibət bildirərkən deyib. Emmi bildirib ki, Azərbaycandan dəvət alsa, bundan imtina etməz.

Erməni müğənninin fikrincə, müsiqi nə siyasət, nə milliyyət, nə də digər təfsilatı tanıyır: “Mənə bu məsələdə heç nə mane olmur. Çünki heç vaxt siyasətlə maraqlanmamışam. Əgər Azərbaycan nümayəndə heyəti tərəfindən konsertlə çıxış etmək dəvəti olsa, etiraz etmərəm. Bu, o demək deyil ki, mən vətənpərvər deyiləm, vətənimi sevmirəm və ya hörmət etmirəm, ona nifrət edirəm. Əgər mən Azərbaycanda konsertlə çıxış etsəm, bu, nəyinsə dəyişməsi demək deyil. Mən valideynlərimdən çox eşitmişəm ki, onların vaxtında Azərbaycan müğənniləri və sənətşünasları ilə çoxsaylı əməkdaşlıq halları olub. O vaxt onlara siyasətlə bağlı heç nə mane olmayıb”.

Ermənistanın “Eurovision-2011”-dəki nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan isə deyib ki, əgər Eldar və Nigar müsabiqə çərçivəsində İrəvanda konsert vermək istəsələr, erməni tərəfi bundan imtina etməz. “Müğənnilər bu və ya digər ölkəyə getmək arzularını ifadə edirlər. Qoy, onlar arzularını bildirsinlər, biz də onları sevgi ilə qəbul edərik. Biz müsabiqə iştirakçıları arasında fərq qoymuruq. Müsabiqə çərçivəsində ölkəmizə gəlmək istəyən istənilən qonaq üçün burda normal qəbul var”.

Qeyd edək ki, Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edən Eldar Qasımov və Nigar Camal “Komsomolskaya Pravda” qəzetinin keçirdiyi oxucu suallarını cavablandırarkən Ermənistanda çıxış etməyə hazır olduqlarını bildiriblər. Onlar ukraynalı oxucunun ““Eurovision-2011” Ermənistanda keçirilsəydi, ora gedərdinizmi?” sualına cavab verərkən belə deyiblər. “Biz həmişə bütün ölkələrdən olan dəvətləri gözləyirik. Musiqi və incəsənət milli məsələ deyil. Biz hər yerdə keçirilən konsertlərdə iştirak etməyə şad olardıq” – deyə Eldar və Ngar vurğulayıb.

“Eurovision” müsabiqəsi üzrə Azərbaycanın təşkilat komitəsi də Eldar Qasımov və Nigar Camalın açıqlamasına münasibət bildirib. Komitədən bildirilib ki, təmsilçilərin cavabı yerində və düzgün cavabdır: “Bu sual qaraşısında doğru cavab verilib. Musiqi və idman yarışları sərhəd tanımır. Bu cür yarışmalara siyasi don geyindirmək düzgün olmaz. Biz də bu kimi və digər yarışlarda qapımızı Ermənistana açırıq”.

//ANS Press

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
17:36 07.08.2025
"ABŞ-də keçiriləcək görüş tarixi bir görüşə çevriləcək" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
Sabahdan isti hava dalğası zəifləyəcək
16:09 07.08.2025
Sabahdan isti hava dalğası zəifləyəcək
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
15:41 07.08.2025
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej - VİDEO
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
15:39 07.08.2025
Demet Akalının rəqqasəsi onu məhkəməyə verdi
Dünyanın aparıcı universitetlərində təhsil alacaq gəncdən 60-ı ADNSU-nun məzunudur
15:36 07.08.2025
Dünyanın aparıcı universitetlərində təhsil alacaq gəncdən 60-ı ADNSU-nun məzunudur
Əfqanıstanda güclü yağışlar can alır - 2 uşaq öldü
15:29 07.08.2025
Əfqanıstanda güclü yağışlar can alır - 2 uşaq öldü