Erməni millət vəkili: "Ermənistanda sosial qiyam üçün bütün şərait var"

Erməni millət vəkili: "Ermənistanda sosial qiyam üçün bütün şərait var"
Bütün Xəbərlər
10:03 04.02.2011
1796


Qiymət artımı bu ilin yanvar ayında davam edib. Araşdırılan 13 adda məhsuldan yalnız ikisinin qiyməti artmayıb. Əsas qiymət artımı yumurtada, meyvə və tərəvəzdə (kələm və kartof) özünü göstərib. 

Belə ki, almanın qiyməti son bir ay ərzində 60 faiz, kartofun qiyməti 24 faiz, kələmin qiyməti isə 50 faiz artıb. Ümumlikdə isə meyvə və tərəvəzdə 25 faiz qiymət artımı qeydə alınıb. Qeyri-istehlak məhsullarının qiymətlərində isə artım o qədər də çox deyil. 

Sadə irəvanlılar isə bu qiymət artımından narazıdırlar və bunu ermənilərin Ermənistandan tez bir zamanda çıxıb getmələri üçün xüsusi bir siyasət olduğunu düşünürlər. 

Ermənistan parlamentinin maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri, hakim Respublikaçılar Partiyasının üzvü Qaqik Minasyan isə son zamanlar Ermənistanda istehlak mallarında qeydə alınan bu qiymət artımını ötən il kənd təsərrüfatının ölkə üçün qeyri-münbit olması ilə izah edib. 

Ermənistanın müxalif Milli Konqress Partiyasının üzvü, parlamentin iqtisadi komitəsinin üzvü Vaaqn Xaçatryanın sözlərinə görə isə ölkədəki inflyasiya ilk növbədə inhisarçılıqla bağlıdır. O bildirib ki, hakimiyyət nümayəndələri bütün bu məsələlərə belə yanaşırlar ki, onların heç bir maliyyə qaynaqları olmayan, sözə baxan insanları olacaq və bu insanlar seçkilər zamanı 1000, 3000 və ya 5 000 drama öz səslərini satacaqlar: “Bütün bunların davamını biz indi öz həyatımızda hiss edirik və qiymətlər fantastik templə artmaqda davam edir. Bu gün Ermənistanda hökm sürən sistem xalqın, vətəndaşların inkişafına yönəlməyib. Bu saistem bir qrup insanların zənginləşməsinə yönəlib”. 

V. Xaçatryan deyir ki, bütün bu yanaşmalar sosial qiyamlara zəmin yaradır: “Bu gün Ermənistanda sosial qiyam üçün bütün şərait var”. 

“Qiyamla müsbət nəticələrə nail olmaq mümkündür”, deyən Minasyan əlavə edib ki, "problemlər başqa müstəvidə həll edilməlidir. Çünki hakimiyyətin öz səlahiyyətləri var və onlar bu səlahiyyətləri mümkün dərəcədə yerinə yetirməlidir”.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR