Eyni zamanda isə Ermənistana səfər edənlərin sayında maksimum enmə müşahidə olunub. Mətbu orqan bildirir ki, bu isə Ermənistanda yaşayan əhalinin miqrasiya dinamikasının birbaşa göstəricisidir.
SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Aykakan Jamanax” qəzeti yazıb. Qəzetə Ermənistan Mülki Aviasiyasından verilən statistik məlumata əsasən ölkəni tərk edənlərin sayında yüksək artım müşahidə qeydə alınıb. Belə ki, 2011-ci ilin ilk ayında Ermənistanı tərk edənlərin sayı 5500 nəfər olub.