Tədbirdə tanınmış gənclər təşkilatları nümayəndələri? jurnalistlər və Türkiyədən gəlmiş Bengütürk Tv çəkiliş heyəti də iştirak edirdi. Tədbirə Türkiyədən dünyaca məşhur tanınmış tarixci alim professor Yusuf Halaçoğlu sənətçi Ahmet Şafak Əsilsiz erməni iddialarıyla mubarizə dərnəyinin başqanı Şəmsəddin Gürtəkin və Bengütürk Tv genel yayim yönətməni Murat İde qatılaraq ermənilərin əsilsiz iddialarına qarşı gerçək soyqırım faktlarından bəhs etdi.
Tədbiri giriş sözüylə açan cəmiyyətin həmsədri Rəşxan Qaraşlı müsafirlərə cəmiyyət haqqında bilgi verərək cəmiyyətin gördüyü son işlər barədə məlumat verdi.Daha sonra cəmiyyətin Türkiyə tərəfinin həmsədri Kadir Yıldız erməni yalanlarının ifşa edilməsi üçün Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımlardan bəhs edərək 1918 ci il soyqırımının qalıqlarının hazırda Quba məzarlığında aşkarlandığını Xocalı soyqırımının faktlarının isə göz önündə bulunduğunu qeyd etdi.Yusuf Halaçoğlu əsil soyqırımla bağlı faktların dünya ictimaiyyətinə bəlli olduğunu lakin qərb dövlətlərinin açıq erməni pərəst mövqeyi üzündən apardığı tədqiqatların Avropada qıcıq yaratdığını vurğuladı.Əslində erməni mətbuatı və qərb mənbələrində erməni yalanlarının fiaskoya uğradığını vurğulayan professor onlara həqiqətə dünyaya bəlirtmək və ozlərini müdafiə şansı yaradılmadığını vurğulayaraq bunu qərbin ikili standartlari ilə izah etdi.
Azərbaycan Türkiyə Gəncləri Dostluq Cəmiyyətinin mətbuat katibi Tural İsmayılov mətbuata verdiyi açıqlamada qeyd etdi ki? ofisdəki tədbir bir çox gənclərə yeni bilgilər aşıladı və erməni yalanları bir daha arqumentli şəkildə insanlara bəlli oldu. Tural İsmayılov daha sonra qonaqların Qubadaki soyqırım məzarlığında İctimai Tv və Bengütürkün ortaq yayımına qatıldığını vurğuladı.