Ermənilər Qarabağda irimiqyaslı hərbi təlimlərə başlayıblar

Bütün Xəbərlər
17:10 15.02.2011
1982

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimin hərbi birləşmələri fevralın 14-də növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. APA-nın «Azq» qəzetinə istinadən verdiyi məlumata görə, təlimə hərbi qüvvələrlə yanaşı qondarma «Dağlıq Qarabağ Respublikası»nın digər qurumları, o cümlədən səhiyyə və təhlükəsizlik strukturları qatılıblar. 


Təlimlər ən son fövqəladə vəziyyətlər və hərbi əməliyyatlar ssenarisi üzrə keçirilir. Təlimlər fevralın 19-dək davam edəcək və bu çərçivədə bölgə hərbi komissarlıqlarının fəaliyyəti, səfərbərlik rezervlərinin toplanması, bazalaşdırılması və s. ssenarilərə də baxılacaq.

OXŞAR XƏBƏRLƏR