Erməniləri kütləvi şəkildə döyüblər

Erməniləri kütləvi şəkildə döyüblər
Bütün Xəbərlər
18:34 21.05.2011
1426
Məlumata görə, qəsəbədə təqribən 60 erməni yaşayır, lakin yay aylarında onların sayı adətən bir neçə dəfə artır. Onların əksəriyyəti “Alkor-7” tikinti şirkətində işləyirlər.

Elə hər şey də bu şirkətin rəhbəri Rafiq Manukyanın mayın 6-da yerli sakinlərin “Vertolyet meydanı” adlandırdıqları istirahət yerinə gəlməsi və avtomobilinin işıqlarını kənarda futbol oynayanların üzünə salması nəticəsində baş verib. O, futbolçuların “işıqları söndür” xahişinə müsbət cavab versə də, “Maqnitofonun səsini azalt” xahişinə məhəl qoymayıb. 

Tərəflər arasında şifahi sözləşmədən sonra, Manukyan öz həmyerlilərini hadisə yerinə çağırıb. İstirahət etməyə gələnlər arasında olan polis əməkdaşı Andrey Şirşov davanın qarşısını almağa çalışsa da, sonda meydanı xərəkdə tərk etməli olub.

Məlumata görə, münaqişə bununla bitməyib. Mayın 9-u gecə bir qrup gənc fəhlələrin qaldığı yataqxanaya gəlib və binaya yandırıcı qatışıqlı şüşələr atmağa başlayıblar. Daha sonra isə Rfiq Manukyanın qardaşına məxsus avtomobili yandırıblar. 

Gərginliyin qarşısını almaq üçün Daxili İşlər İdarəsinin Tompon rayonu üzrə şöbəsinin əməkdaşları həmin yataqxananın ətrafında növbə çəkməli olublar. Hazırda isə vəziyyətin sakit olduğu bildirilir. 

Manukyana qarşı hazırda Rusiya Federasiyasının sağlamlığa qəsdən orta-ağır dərəcədə xəsarət yetirmə maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq davam edir.

 

OXŞAR XƏBƏRLƏR