Ermənilərin növbəti təxribatı

Ermənilərin növbəti təxribatı
Bütün Xəbərlər
08:51 17.01.2011
1719

Dağlıq Qarabağa turistlər cəlb etmək üçün xüsusi bukletlər buraxıb və ”Ermənistan” adlı guşədə nümayiş etdirməyə çalışıblar. Guşəyə qoyulan “Ermənistana xoş gəlmişsiniz” bukletinin sonuncu səhifəsində Ermənistana və Dağlıq Qarabağa turist turlarının təşkil edildiyi barədə reklam verilib. Ermənistanın xəritəsində isə Dağlıq Qarabağ ayrıca dövlət kimi göstərilib.
Hollandiyada fəaliyyət göstərən BAK-ın üzvləri tərəfindən ermənilərin bu cəhdinin qarşısı alınıb. Doğma vətənləri Azərbaycanın ətrafında sıx birlik nümayiş etdirən təşkilatın üzvləri CBI-ya zəng vurub və idarənin əməkdaşı Ester Righla danışaraq Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyaəti, Dağlıq Qarabağın Azərbaycanın əzəl ərazisi olması və digər məsələlər barədə ətraflı məlumat veriblər. Ölkəmizin bütövlüyünə xələl gətirən belə təşəbbüslərin qarşısını almağı və guşədə Dağlıq Qarabağla bağlı bukletlərin, kitabçaların və digər əyani vəsaitlərin dərhal yığışdırılması tələb edilib. Sərginin layihə rəhbəri Wim Heumenin və CBI-ın elektron ünvanlarına rəsmi şəkildə etirazlar göndərilib. 
BAK-ın fəxri sədri Sahil Qasımov CBI rəhbərliyi ilə əlaqə saxlayaraq ermənilərin məqsədləri haqqında ətraflı məlumat verib və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş bu hərəkətin qarşısını almağı və bukletlərin dərhal yığışdırlmasını tələb edib. 
Azərbaycanın Niderland krallığındakı səfirliyi də ermənilərin dünya ictimaiyyətini aldatmağa yönəlmiş təxribat xarakterli hərəkətlərinə son qoyulması tələbi irəli sürüb.

 

OXŞAR XƏBƏRLƏR