Ermənilərin qətlə yetirdiyi 10 yaşlı uşaq bu gün dəfn edilib
Bütün Xəbərlər
12:38 09.03.2011
1937
Fariz Arzu oğlu Bədəlov rayonun Orta Qərvənd kəndindəki qəbiristanlıqda dəfn edilib.
Xatırladaq ki, Fariz Arzu oğlu Bədəlov ötən gün saat 16.10 radələrində ermənilərin işğalı altında olan Şıxlar kəndi istiqamətində açdıqları atəş nəticəsində həlak olub. F.Bədəlov təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər uşağın artıq keçindiyini bildiriblər.
Onu da qeyd edək ki, Fariz Bədəlov qonşuya gedərkən erməni gülləsinə tuş gəlib.