Ermənistan polisinin rəhbəri vəzifəsindən azad edilir

Bütün Xəbərlər
19:53 18.12.2010
1761

Ermənistan prezidenti gələn həftə də kadr dəyişikliklərini davam etdirəcək. Bu barədə müxalifət qəzeti “Aykakan Jamanak” yazır. Qəzetin yazdığına görə, yaxın vaxtlarda Ermənistan polisinin rəhbəri Alik Sarkisyan vəzifəsindən azad ediləcək. Böyük əksəriyyət hesab edir ki, onun yerinə hazırkı İrəvan polis idarəsinin rəhbəri Nerses Nazaryan təyin ediləcək. 

 


Eyni zamanda Alik Sarkisyan isə baş nazirin müavini postuna sahib olacaq. “Aykakan Jamanak” adını çəkilmədiyi mənbələrə istinadən yazıb ki, kənd təsərrüfatı nazirinin də istefası gözlənilir. Onu qondarma Dağlıq Qarabağ Respublikasının sabiq prezidenti Arkadi Qukasyan əvəz edəcək. Yuxarı dairələrdə həmçinin Ermənistanın təhsil naziri Armen Aşotyanın istefası, eləcə də yerli administrasiya rəhbərlərinin tərkibində dəyişikliklərin olacağı haqda söhbətlər gəzir. //Ans Press

OXŞAR XƏBƏRLƏR