Ermənistan Qarabağı Sudanla müqayisə edir

Bütün Xəbərlər
07:01 15.01.2011
1711

"Sudanın cənubunda baş verənlər bir daha sübut edir ki, xalqın iradəsinə zidd gedərək, ona qarşı zorakılıq tətbiq etməklə və ya onu məhv etməyə çalışmaqla onun öz müqəddəratını müəyyən etmək hüququndan istifadə etməsini inkar etmək mümkün olan iş deyil.

Bunları Nalbandyan yanvarın 14-də keçirilmiş mətbuat konfransında deyib.

"Əgər BMT üzvü olan 192 dövləti götürsək, onların əksər hissəsinin yaranması Qarabağı özmüqəddəratını təyin etməsi üçün presedent ola bilər."

Azərbaycan dəfələrlə Dağlıq Qarabağa ən yüksək səviyyədə muxtariyyat təklif edib və münaqişənin həllində dövlətlərin ərazi bütövlüyü prinsipinin üstünlük təşkil etdiyini israrlayıb. //bbc

 

OXŞAR XƏBƏRLƏR