Ermənistan S-300 raketlərinə sahib olduğunu rəsmən bəyan edib

Bütün Xəbərlər
09:24 21.12.2010
1838

Bu günə qədər dünyanın ən səmərəli müdafiə sistemlərindən olan S-300 zenit-raket kompleksi ilə bağlı “qeyri-müəyyənlik siyasət”ini seçən Ermənistan rəsmi olaraq ilk dəfə bu raketlərə sahib olduğunu bəyan edib. Bu barədə Ermənistanın “Azadlıq” radiosu məlumat yayıb.

Məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan həftə sonu raket obyektini ziyarət edib. 200 kilometr mənzilli S-300 raketləri 1990-cı illərin sonlarında Moskva-İrəvan birgə təhlükəsizlik sazişindən sonra Ermənistanda yerləşdirilib. 

Erməni nazir Seyran Ohanyanın həftə sonu S-300 raket sistemlərini təftiş etdiyini açıqlayan Ermənistan Müdafiə Nazirliyinin sözçüsü David Karapetyan İrəvanda bu silahların olması faktını rəsmən təsdiqləyib.
Bu zenit-raket komplekslərinin sayını açıqlamaqdan imtina edən Karapetyan erməni silahlı qüvvələrinin 2005-ci ildən başlayaraq bu sistem üzrə təlim keçməyə başladıqlarını bildirib.

Qeyd edək ki, Ermənistan bu günə qədər torpaqlarında eyni anda 100-ə yaxın hədəfi izləyə biləcək S-300 raketlərinin yerləşdirilməsi ilə bağlı qeyri-müəyyənlik siyasəti yürüdürdü. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR