Ermənistanda neçə kişi var?

Bütün Xəbərlər
19:12 23.02.2011
1930


SİA-nın “Jamanak” qəzetinə istinadən verdiyi xəbərə görə, tərtib olunan siyahıya Ermənistanı bir neçə il əvvəl tərk etmiş və hazırda xarici ölkələrdə yaşayan kişilərin adları da salınır: “10-15 il əvvəl Ermənistandan getmiş və hazırda Çexiyada, yaxud Kanadada yaşayan şəxslərin siyahıya hansı məqsədlə salındığı aydın deyil”.

Bəzi ekspertlər bunun Dağlıq Qarabağda hərbi əməliyyatların mümkün bərpası ilə əlaqələndirirlər. Digərləri isə səbəb kimi əhalinin hakimiyyət tərəfindən şantaj olunmasını kimi göstərirlər: “Bəlkə də hakimiyyət əhalinin siyasi fəallığının qarşısını almaq üçün müharibə şantajından istifadə etməyə çalışır. Ya da görünür, hakimiyyət müharibənin bərpasından sığortalanmadığını anlayır və siyahıyaalınma da bununla bağlıdır”.

 

OXŞAR XƏBƏRLƏR