Erməni avtoritet agentliyin ofisinə niyə hücum çəkdi? - TƏFƏRRÜAT

Erməni avtoritet agentliyin ofisinə niyə hücum çəkdi? - TƏFƏRRÜAT
DÜNYA
13:57 18.10.2016
1551
"Mxitaryan israrla bizdən təkzib verməyi tələb edirdi. Düzdür, özüylə gətirdiyi OMON-çular heç nəyə müdaxilə etmirdilər. Amma bütün hallarda redaksiyaya OMON çağırılması yaxşı hal deyildi”. Bu sözləri Lent.az-a açıqlamasında "Rosbalt” İnformasiya Agentliyinin sözçüsü Yelena Solovyova bildirib.

Xanım Solovyovanın dediyinə görə, iki gün əvvəl "Rosbalt”da "Qanuni oğru Sergey Bentli ona borclu olan şəxsin sarayını yandırıb” başlıqlı yazı yayımlanıb: "Saray siz bildiyiniz anlamda deyil. Söhbət həyətdəki köməkçi otaqdan gedir. Amma söhbətin mahiyyəti isə tamam başqadır”.

Söhbət ondan gedir ki, qanuni oğru Sergey Asatryan 1,2 milyon dollarlıq mənimsəmədə ittiham edilir. Sergey Bentli kimi tanınan gənc qanuni oğrunun dayısı Artur Baqdasaryanla ümumi tanışları Karen Mxitaryan arasında 1.2 milyon dollarla bağlı münaqişə yaranıb. Baqdasarayan Mxitaryana bu məbləği borc verib. O, qaytarmaq istəməyib. Dayısı bu barədə gənc "oğru”ya danışıb. Gənc qanuni oğru qarşı tərəfi təhdid edərək dayısı ilə olan mübahisəyə son qoyaraq 1,2 milyon dolları ödəməyi tələb edib. Hətta biznesmeni və ailəsini ölümlə təhdid edib. Onun tapşırığı ilə biznesmenin bağ evi yandırılıb. Mxitaryan pulu verəcəyini bildirib və görüş təyin edib. Görüş zamanı polis hər iki şəxsi yaxalayıb.

Sergey Bentli və dayısına qarşı Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən cinayət işi açılıb. Yelena Solovyovanın dediyinə görə, onlar yazının müəllifi Yuri Yerşovu axtarırdılar. "Əslində onları daha çox bu eksklüziv məqalənin sayta necə yol tapması maraqlandırırdı. Biz onlara dedik, bunun sivil yolu var: məhkəmə. Amma Mxitaryan israrla məqalə müəllifini tələb edirdi və bu gün yenidən gələcəyini bildirdi. O ki qaldı təkzibə və ya materialın saytdan çıxarılmasına, bundan söhbət gedə bilməz”, deyə xanım Solovyova bildirdi. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi