Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgərləri 1000 drama (təxminən 2,5 dollara) görə dava salıblar. Mübahisə nəticəsində əsgərlər bir-birlərinə qarşı zorakılıq tətbiq ediblər. AZXEBER.COM-un “News.am” portalına istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı işə İrəvanın Kənəkir-Zeytun məhkəməsində baxılacaq. Məhkəmədən portala bildiriblər ki, əsgərlərin 2,5 dollar uğrunda başlamış savaşına onların qohumları da qarışıb və kütləvi davm düşüb. Artıq üç nəfərə qarşı cinayət işi qaldırılıb.