Erməni lobbisindən pul alan Avropa Parlamenti Azərbaycandan nə istəyir? - AÇIQLAMA

Erməni lobbisindən pul alan Avropa Parlamenti Azərbaycandan nə istəyir? - AÇIQLAMA
SİYASƏT
13:37 21.01.2023
2169
18 yanvar tarixində Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etdi.  Qəbul edilmiş qətnamədə yenə anti-Azərbaycan xarakterli bəndlər yer alıb.

Bəs erməni lobbisindən pul alan Avropa Parlamenti Azərbaycandan nə istəyir?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan politoloq Turan Rzayev bildirib ki, Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokada”da olması kimi sərsəm iddialar əks olunub.


"Diqqətçəkən digər məsələ isə artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri”nə istinad edilməsidir. Ümumiyyətlə, Avropa Parlamentinin bu qətnaməsi boş bir kağız parçasından başqa bir şey deyil. Laçın yolu blokadada deyil. Azərbaycanlı eko-aktivistlərin Şuşa-Laçın yolunda təşkil etdiyi aksiya həm beynəlxalq hüquqa, həm də Azərbaycan konstitusiyasına uyğundur. Digər tərəfdən, Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir və Azərbaycan vətəndaşlarının ölkənin digər ərazilərində olduğu kimi burada aksiya keçirmək haqqı var. Avropa Parlamentinin Laçın yolunun guya "blokada”da olması kimi sərsəm iddiaları rəsmi Bakının daxili işinə qarışmaq deməkdir".

Politoloq qeyd edib ki, işğalçı Ermənistan qoşunlarının tör-töküntüləri hələ də ərazimizdən çıxarılmayıb:

"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi 30 il ərzində Avropa Parlamenti yalnız bir-iki qətnaməsinə növbətçi ifadələr daxil etməklə kifayətlənmişdi. Nəzərə almaq lazımdır ki, işğalçı Ermənistan qoşunlarının tör-töküntüləri hələ də ərazimizdən çıxarılmayıb və bu fakt belə özlüyündə qətnaməni əsassız edir".

Politoloq əlavə edib ki,  2020-ci ildən bəri mina partlaması nəticəsində 300 nəfər Azərbaycan vətəndaşı həlak olub:

"2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı partlayışların qurbanı olub. Bundan başqa, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol da hələ açılmayıb. Bu və digər aktual məsələlər kənarda qala-qala Avropa Parlamentinin Laçın yolunun "blokada”da olmasını dilə gətirməsi riyakarlıqdan başqa bir şey deyil. Belə qətnamələr, heç bir vəchlə Azərbaycanın iradəsinə təsir edə bilməz, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz. Prinsip etibarilə Avropa Parlamenti Azərbaycanı ittiham edəcək ən sonuncu qurumdur. Belə ki, təşkilat özü də heç süddən çıxmış ağ qaşıq deyil".

Siyasi şərhçi sonda deyib ki, Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət” verməyə haqqı yoxdur:

"Ötən ay Yunanıstandan olan vitse-prezident Eva Kailin adı milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəldi. Onu da deyim ki, bu ilk belə hal deyil. Korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentində Eva Kail kimi irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan şəxslər çoxdur. Buna görə də Avropa Parlamentinin Azərbaycana "öyüd-nəsihət” verməyə mənəvi, həmçinin siyasi haqqı yoxdur".

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək