Erməni millətçilərinin bir əsrdən çoxdur hallandırdıqları "soyqırımı" hadisəsi heç bir tarixi fakta əsaslanmır - Deputat

Erməni millətçilərinin bir əsrdən çoxdur hallandırdıqları "soyqırımı" hadisəsi heç bir tarixi fakta əsaslanmır - Deputat
SİYASƏT
21:18 26.04.2021
449
ABŞ Prezidenti Baydenin qondarma "erməni soyqırımı”nı tanıması siyasi möhtəkirliyin ifadəsidir. Bu bəyanat dünyada sülhün, demokratiyanın, haqq - ədalətin qarantı kimi çıxış edən bir dövlət və onun Prezidenti üçün yolverilməzdir, tarixi səhvdir, ləkədir. Çünki erməni millətçilərinin bir əsrdən çox hallandırdıqları "soyqırımı" hadisəsi heç bir tarixi faktlara əsaslanmır.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, ABŞ-ın özü tərəfindən keçən əsrin əvvəllərində "soyqırımı" hadisəsinin təsdiq edilməsinə cəhdlər göstərilsə də heç bir nəticə əldə olunmadığından bu məsələ illərlə unudulub:

"Bu gün bütün dünya dərk edir ki, "erməni soyqırımı"nın gündəmə gətirilməsi və ABŞ prezidentinin yalançı faktlara don geydirməsi Türkiyəyə təsir vasitəsindən başqa bir şey deyildir. Bu bəyanat əslində Türkiyə, Azərbaycan, Ermənistan münasibətlərinin yaxşılaşmasına, münaqişələrin nizamlanmasına deyil, bu dövlətlər arasında ziddiyyətlərin kəskinləşməsinə xidmət edir. ABŞ Cənubi Qafqazda qarşıdurmaların davam etməsində maraqlıdır. Çünki bundan bəhrələnir, ölkələri təsir altına alır. Baydeni erməni xalqının düşdüyü ağır vəziyyət heç də maraqlandırmır, onu narahat edən bölgədə sabitliyin yaranması, Ermənistanın təsir dairəsindən çıxması, Türkiyənin regionda söz sahibinə çevrilməsi, güclənməsidir. Azərbaycanın müstəqil siyasət yeritməsi də ABŞ - ın maraqlarına cavab vermir”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin müstəqil siyasəti, ordumuzun tarixi qələbəsi, ölkəmizdə yaradılmış ictimai - siyasi sabitlik, vətəndaş həmrəyliyi, birlik, Türkiyə ilə münasibətlərinin daha möhkəm əsasla qurulması, qardaş ölkənin mənəvi dəstəyi, uğurlarımıza önəm verməsi, hərtərəfli dostluq əlaqələri bir çoxları kimi Amerikanın hakim dairələrini də ciddi narahat edir və onlar bu birliyin heç vaxt tərəfdarı olmayıblar:

"Ermənistanı tamamilə Rusiyanın təsir dairəsindən çıxarmaq və belə bir saxta bəyanat verməklə erməni lobbisinin etimadını qazanmaq üçün edilən cəhdlər əslində rus xalqına yox, erməni xalqına bir zərbədir, erməni millətçilərinin əxlaqını pozmaq, onları yeni münaqişələrə ruhlandırmaq, məhvə yönəltməkdir. Bu bəyanatdan Türkiyə və Azərbaycan heç nə itirmir. İtirən dünyada demokratik imicinə böyük zərbə vuran ABŞ, onun ermənipərəst prezidenti Bayden və bir də satqın, millətçi Ermənistan rəhbərləridir. Böyük bir dövlətin rəhbərinin erməni lobbisinin əlində oyuncağa çevrilməsi ABŞ xalqına hörmətsizlik, dövlətin mənafelərinə isə tamamilə ziddir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
20:06 10.10.2026
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
ABŞ-də atışma: ölənlər var
19:56 10.10.2026
ABŞ-də atışma: ölənlər var
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
19:42 10.10.2026
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
19:06 10.10.2026
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var