Erməni müğənni Qənirə Paşayevaya təşəkkür etdi - FOTOLAR

Erməni müğənni Qənirə Paşayevaya təşəkkür etdi -  FOTOLAR
Bütün Xəbərlər
11:15 17.04.2013
3499

Türkiyədə aldığı "İlin Uluslararası Barış və Dostluk" ödül törənində Ermənistanın işğalçılıq siyasətindən və Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışan millət vəkili Qənirə Paşayevadan sonra səhnəyə çıxan Türkiyə əsilli erməni sənətçi Hayko Tataryan "Mən türkiyə əsilli erməni sənətçiyəm və Qənirə Paşayevanın yanına gedərək onun əlini sıxmaq istəyirəm" dedi və səhnədən millət vəkilinin oturduğu masaya gəlib əl uzadaraq "Mən sizin çıxışınızı dinlədim, yaşadıqlarınızdan dolayı çox üzgünəm "dedi.

AZXEBER.COM-un məlumatına görə, millət vəkili Qənirə Paşayeva "İlin Uluslararası Barış və Dostluk" ödülünü aldıqdan sonra çıxışında bu ödülün "Gözəl ölkəm Azərbaycan, gözəl xalqım və şəhidlərimiz adına alıram" demişdi. O, çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə günahsız insanın həyatının məhv olması, özü də daxil olmaqla 100 minlərlə azərbaycanlının yaşadığı ağrı-acılardan, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb. O, çıxışının sonunda "Ermənistanın işğalı altında olan böyük mədəniyyət mərkəzlərindən biri, qədim Şuşamızda çoxlu vandalizm aktları törədilib. Mən arzu edirəm ki, gələn dəfə bu ödül törənini birlik və bərabərlik içərisində Ermənistanın işğalından azad edəcəyimiz və yenidən quraraq mədəniyyət paytaxtlarından birinə çevirəcəyimiz Şuşada qeyd edək. Bu işğallar davam etdikcə nə bölgədə, nə dünyada barış ola bilməz. Ona görə də hər bir kəs bu barışın yaranması üçün səylərini artırmalıdır.", - dedi.

Millət vəkili Qənirə Paşayeva və modelyer Gülnarə Xəlilova bu çıxışdan sonra tədbirin təşkilatçısı Nurəddin Soydana Qarabağın musiqi mədəniyyətini özündə əks etdirən tablonu hədiyyə ediblər.

Ödül mərasimində Türkiyə əsilli erməni sənətçi Hayko Tataryan çıxış edib. O, millət vəkili Qənirə Paşayevanın çıxışını dinlədiyini deyib və bunları deyib: "Mən Türkiyə əsilli bir erməni sənətçiyəm. Türk xalqı hər zaman bizə qucaq açıb və yaxşı münasibət göstərib. Mən Türkiyə Cümhuriyyəti vətəndaşı olmaqdan qürur duyuram və bu səhnədən enərək millət vəkili Qənirə Paşayevanın yanına getmək və onun əlini sıxmağı çox istərdim. " O, səhnədən enərək millət vəkilinə yaxınlaşıb əl uzadaraq "Sizin çıxışınızı və yaşadıqlarınızı dinlədim. Çox üzgünəm", - deyib.

Bundan sonra təkrar səhnəyə çıxan millət vəkili Qənirə Paşayeva çıxış edərək bunları deyib:" Hayko Tataryan mənə əl uzadaraq çox üzgün olduğunuzu dediniz. Bizim millətimiz heç bir zaman ona uzanan əli geri çevirməyib. Amma barış sizin mənə uzatdığınız əllə yarana bilməz. Barışın yarana bilməsinin başlanması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə dönməlidir. Yüz minlərlə insan 20 ildən artıqdır ki öz evinə dönə bilmir. Bunun nə qədər böyük bir faciə, ağrı-acı olduğunu hər bir insan milliyyətindən və dinindən asılı olmayaraq anlamalıdır. Sizin kimi Türkiyə əsilli erməni sənətçilər Ermənistana və oradakı erməni xalqına bu gün burada səsləndirdiyiniz fikirləri geniş şəkildə tez-tez çatdırmanız lazımdır. Mən elə bu səhnədə yanımda dayanmış və 2 dəfə özünün məşhur siyasət proqramı verilişində ermənilərlə Azərbaycan türklərinin Dağlıq Qarabağ problemi ilə bağlı televiziya müzakirəsini təşkil etmiş tanınmış jurnalist, Ali Kırca bəyə də müraciət edərək onun yenidən belə bir proqram təşkil etməsini və sizi də oraya dəvət etməsinə çağırırıam. Çox istəyərdim ki, siz bu gün bu səhnədə səsləndirdiyiniz fikirləri və səhnədə mənim yanıma gələrək mənə əl uzadaraq dediyiniz sözləri o proqramda da Ermənistandakı xalqınıza üz tutaraq söyləsiniz.Sizin sözləriniz onlara özünün müəyyən təsirlərini göstərə bilər. Mən bu səhnədən bütün tədbir iştirakçılarına üz tutaraq demək istəyirəm: Milli kimliyindən və inancından asılı olmayaraq gerçəkdən də insanlığın və ədalətin yanında olanlar öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının ağrı-acısına, onların torpaqlarının işğal altında qalmasına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır."

OXŞAR XƏBƏRLƏR