Erməni silahlı bölmələri yenidən aktivləşiblər

Erməni silahlı bölmələri yenidən aktivləşiblər
Bütün Xəbərlər
13:07 25.11.2013
715
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən isə Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.(APA)

OXŞAR XƏBƏRLƏR