Erməni silahlı qüvvələri cəbhə xəttində atəşkəsi yenə pozublar
Bütün Xəbərlər
10:12 05.09.2014
548
Cəbhə xəttində atəşkəs yenidən pozulub.Müdafiə Nazirliyindən verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şurabad, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri ərazisindəki mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.