Erməni snayperi mülki azərbaycanlını yaraladı

Erməni snayperi mülki azərbaycanlını yaraladı
Bütün Xəbərlər
10:50 31.03.2012
981
Erməni silahlı qüvvələri Azərbaycan vətəndaşı olan mülki şəxsi yaralayıblar. 
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün saat 12:00 radələrində Tovuz rayonunun qoşunların təmas xəttində yerləşən Əlibəyli kəndində qeydə alınıb. Erməni snayperinin açdığı atəş Hacıallı kənd sakini olan 1991-ci il təvəllüdlü Quliyev Vüsal Vəli oğlunu yaralayıb. Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxilə nəticəsində onun sol bud nahiyəsindən 5,15 çaplı güllə çıxarılıb. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.ANS PRESS-in məlumatına görə, yaralanan Vüsal Quliyev qarşı tərəfin mövqelərindən aydın şəkildə görünən Əlibəyli kəndində özünə məxsus traktorla əkin sahələrində işləyən zaman düşmən snayperinin hədəfi olub.
OXŞAR XƏBƏRLƏR