Ermənilər atəşkəs rejimini 118 dəfə pozub

Ermənilər atəşkəs rejimini 118 dəfə pozub
Bütün Xəbərlər
09:54 01.09.2015
566

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.İşğalçılar minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edib

Azərbaycan  Müdafiə Nazirliyinin saytından verilən  məlumata görə, Ermənistan ordusu İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərini atəşə tutub.

Ermənistan Berd rayonunun Çinari kəndi istiqamətindən Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində, Krasnoselsk rayonunun Cil kəndindən və adsız yüksəkliklərdən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə məruz qalıb.

İşğalçılar Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Qızıloba,Ağdam  rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Nəmirli, Novruzlu,Xocavənd  rayonunun Kuropatkino,Füzuli  rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan,Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy,Xocavənd ,Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR