Ermənilər bu səfər yunanlılar tərəfindən döyüldü

Ermənilər bu səfər yunanlılar tərəfindən döyüldü
Bütün Xəbərlər
12:33 29.12.2011
1615

Fələstinin Beytüllehem şəhərindəki Milad kilsəsində erməni və yunan keşişlər arasında kütləvi dava düşüb. APA-nın mignews-a istinadən verdiyi məlumata görə, Yüzədək keşiş süpürgələrlə miladöncəsi süpürmə zamanı bir-birilərinə hücum ediblər.

Rəvayətə görə, kilsə İsa Məsihin anadan olduğu yerdə tikilib. Hazırda kilsəyə üç icma, katoliklər, pravoslavlar və erməni apostolçular nəzarət edirlər. Kilsəni Milad bayramına hazırlayan erməni və yunan keşişləri bir-birilərini sərhədi pozmaqda günahlandırıblar.

Ənənəyə görə, hesab olunur ki, kilsənin daxilindəki əraziyə hüquqlar kilsəni süpürənlər tərəfindən müəyyən olunur. Binanın daxilində sərhədlər şərti müəyyən olunduğu üçün erməni və yunan keşişləri arasında mütəmadi olaraq kütləvi davaya çevrilən mübahisələr yaranır. Bu dəfəki davada keşişlər süpürgə və taxtalardan istifadə ediblər. Dalaşanları yalnız polis ayırıb. Bu zaman bir polis zabitinin yaralandığı bildirilir.

Qeyd edək ki, bu, erməni və yunan keşişləri arasında baş verən ilk dava-dalaş deyil. Onlar hər il tutaşırlar.

OXŞAR XƏBƏRLƏR