Ermənilər daha bir azərbaycanlını yaraladı

Ermənilər daha bir azərbaycanlını yaraladı
Bütün Xəbərlər
21:05 22.06.2014
1132
Erməni silahlıları Tərtərin Qafanlı kəndinin sakinini yaralayıb.
AZXEBER.COM “ans press”ə istinadən xəbər verir ki, kənd sakini Əliyev Namiq Nofəl oğlu həyətyanı sahəsində işləyərkən ermənilər tərəfindən vurulub.
Yaralı Tərtər rayon xəstəxanasına çatdırılıb. İlkin məlumatlara görə, Namiq Əliyev ayağından yaralanıb.
Qeyd edək ki, Qafanlı kəndi qoşunların təmas xəttinin yaxınlığında yerləşir. Erməni yaraqlıları kəndi mütəmadi olaraq atəş altında saxlayır.
OXŞAR XƏBƏRLƏR