Ermənilər jurnalistləri atəşə tutdular- ŞOK VİDEO

Ermənilər jurnalistləri atəşə tutdular-  ŞOK VİDEO
MEDİA
12:58 06.04.2016
8011
Bu gün səhər Tərtərin Qapanlı kəndində çəkiliş edən bir qrup jurnalist ermənilər tərəfindən atəşə tutulub.
AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Ermənistan hərbi birləşmələri Qapanlı yaşayış məntəqəsində çəkiliş aparan jurnalistlərin avtomobilini bilərəkdən top atəşinə tutub.
Qapanlı kəndi erməni mövqeləri tərəfindən mütəmadi izlənir və hər hansı hərəkət olduqda dərhal hədəfə alınır. Jurnalistlərin kənddə çəkiliş etdiyini görən erməni hərbçilər əraziyə atəş açmağa başladıqdan sonra media nümayəndələri kəndi tərk etməyə məcbur olublar. Kənddən çıxarkən jurnalistlərin olduğu iki maşından biri açıq ərazidə hədəfə alınıb, xoşbəxtlikdən, mərmi kənarda yerə düşüb.
Avtomobildə AZƏRTAC-ın və Associated Press-in əməkdaşları olub.
OXŞAR XƏBƏRLƏR