Ermənilər Macarıstanda Ramil Səfərov əleyhinə aksiya keçirdi

Ermənilər Macarıstanda Ramil Səfərov əleyhinə aksiya keçirdi
Bütün Xəbərlər
01:01 22.02.2012
1699

Macarıstanın paytaxtı Budapeştin mərkəzində Erməni haçkarı yaxınında 2004-cü ildə öldürülən zabit Qurgen Marqaryanın ölüm ildönümüylə bağlı aksiya keçirilib.

AZXEBER.COM-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Macarıstan erməni cəmiyyəti tərəfindən həyata keçirilən aksiyada Ermənistanın Vyana Səfirliyinin məsləhətçisi Artur Muşeğyan da iştirak edib.

Budapeşt Erməni cəmiyyəti nümayəndələri Azərbaycanlı zabit Ramil Səfərovun cinayətini qınayıblar. Bunun Azərbaycanda başlayan və günümüzə qədər davam edən militarizm və faşizm siyasətinin bir nəticəsi olduğunu bildiriblər.

Mitinqdə ermənicə və macarca nəşr olunan «Armenia» jurnalı iştirakçılara təqdim olunub. Aksiya Macarıstan Cəmiyyət Radiosu və Macar mətbuatında geniş işıqlandırılıb. Ermənilərin bu aktivliyi Ramil Səfərovun rəsmi saytını idarə edənləri hiddətlənirib.  AZXEBER.COM-un məlumatına görə, Azərbaycan hakimiyyətinin Ramil Səfərova qarşı laqeydlik göstərilməsindən şikayətçi olan ramilsafarov.info saytı bəyanat verib.Bəyanatda Azərbaycan Müdafiə Nazirliyi ilə Erməni Müdafiə Nazirliyinin məsələyə yanaşması müqayisə olunub: “Dünən ordumuzun zabiti Ramil Səfərovun həbsindən 8 il keçdi. Zabiti qürbət zindanlarında qalan tərəf Azərbaycan olsa da, Ermənistan bu işə daha aktiv yanaşır. Ermənistanın Müdafiə Nazirliyi tərəfindən təyin olunmuş xüsusi nümayəndə Hayk Demoyan bu məsələylə bağlı fəaliyyət göstərir. Demoyan ildə ən azı 8-9 dəfə mətbuatda Ramilə qarşı yeni-yeni iddialarla çıxışlar edir, vaxtaşırı Macarıstana ezam olunur və Ramilin ekstradisiyası ilə bağlı ən xırda şayiənin yayılması isə Demoyanın rəhbərlik etdiyi komitənin bütün gücüylə işə keçib istədikləri nəticəyə çatmalarıyla nəticələnir. Bu halda, Azərbaycan Müdafiə Nazirliyinin (MN) öz zabitinə sahib çıxmamasını, bu məsələylə bağlı nümayəndə ayırmamasını necə başa düşək? MN bir tərəfə, bu gün Ramil Səfərovla bağlı heç bir mülki qurum fəaliyyət göstərmir, illər öncə yaradılmış "Müdafiə Komitəsi" isə heç bir fəaliyyəti ilə gözə çarpmır. Ramilə qarşı olan iddiaların, böhtanların, onun işinə maneçilik törədən hərəkətlərin qarşısı isə ancaq sadə vətəndaşlar və saytımız tərəfindən alınır. Nə vaxta qədər?”.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR