Ermənilər ordumuzu pulemyotlardan atəşə tutdular

Ermənilər ordumuzu pulemyotlardan atəşə tutdular
Bütün Xəbərlər
11:09 20.03.2015
1044

Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub.Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumatda bildirilir ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Vazaşen kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun Çaylı, Qızıloba, Göyarx, Çiləbürt, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Şıxlar, Mərzili, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR