Nazirlik faktı təsdiqləyib.
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində qeydə alınıb.
Azərbaycan Ordusunun giziri Valeh Xosiyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan hərbçi hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Hərbçinin vəziyyəti orta-ağır qiymətləndirilir.