Ermənilər ordumuzun mövqelərini 56 dəfə atəşə tutublar

Ermənilər ordumuzun mövqelərini 56 dəfə atəşə tutublar
Bütün Xəbərlər
10:52 20.12.2014
805
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq,Ağdamvə Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba,Ağdamrayonunun Yusifcanlı, Cəvahirli, Mərzili, Kəngərli, Novruzlu,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli,Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR