Ermənilər Şuşada “Şuşi Qrand Otel” açdı

Ermənilər Şuşada “Şuşi Qrand Otel” açdı
Bütün Xəbərlər
21:46 01.09.2011
2081
 Ermənilər işğal etdikləri Azərbaycan torplaqlarında tikinti işlərini davam etdirirlər. Belə ki, onlar Qarabağın qədim guşələrindən biri, təbii sərvətlərlə zəngin olan Azərbaycan şəhəri Şuşada otel tikiblər. AZXEBER.COM Ermənistan mətbuatına verdiyi məlumata görə, “Şuşi Qrand Otel” adlı otelin açılışında separatçı Dağlıq Qarabağ respublikasının “prezidenti” Bako Saakyan da iştirak edib.Qeyd edək ki, tikinti işlərini Livan və ABŞ-dan olan erməni xeyriyyəçilər maliyyələşdirib.Otelin açılışı mərasimində Bako Saakyan Livan və ABŞ xeyriyyəçilərinə təşəkkür edib, bu hadisənin ermənilər üçün əhəmiyyətli olduğunu bildirib.Şuşada otelin açılışı mərasiminə xaricdən çoxlu qonaqlar gəlib.
OXŞAR XƏBƏRLƏR