Ermənilər tərəfindən girov götürülən azərbaycanlıların Bakıda çəkilmiş- FOTOSU

Ermənilər tərəfindən girov götürülən azərbaycanlıların Bakıda çəkilmiş- FOTOSU
Bütün Xəbərlər
00:05 16.07.2014
1932

Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əhmədovun yeni fotosu yayılıb. AZXEBER.COM-un məlumatına görə, bu fotonu Səbuhi Rəhimli özünün Facebook səhifəsində yayıb və "Allah vətənə gələn yollarınızı açıq eləsin, qardaşlarım!" sözünü yazıb. Qeyd edək ki, Kəlbəcərdə girov götürülmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən araşdırılır. Dövlət Komissiyasından verilən məlumata görə, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir. Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib. Hazırda video və fotomateriallarda göstərilən vətəndaşlarımızın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.

OXŞAR XƏBƏRLƏR