Ermənilər vurulan helikopterin görüntüsünü yaydı- VİDEO

Ermənilər vurulan helikopterin görüntüsünü yaydı-  VİDEO
Bütün Xəbərlər
23:17 16.11.2014
9653

Noyabrın 12-də Azərbaycan ordusunun hərbçisi tərəfindən vurulan helikopterin yeni görüntüsü yayılıb. 

Bu dəfə görüntüləri ermənilər yayıb.

Görüntülərdə iki erməni vertolyotunun təlim adı ilə həyata keçirdiyi uçuşlarda raketlərdən istifadə etdiyi aydın şəkildə görünür. Lakin erməni tərəfi vertolyotlarının silahsız olduğunu və təlim məqsədi ilə uçuşlar həyata keçirdiklərini deyirdilər. Erməni mətbuatının yaydığı bu görüntülər isə bunun əksini göstərir.

Xatırladaq ki, noyabrın 12-də Ağdam istiqamətində mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən iki düşmən vertolyotu postlarımıza yaxınlaşmışdı. Hərbçilərimiz düşmənin Mi- 24 vertolyotlarından birini məhv etmişdi.

OXŞAR XƏBƏRLƏR