Ermənilər yenə atəş açdı

Ermənilər yenə atəş açdı
Bütün Xəbərlər
19:30 30.05.2014
1009
Ermənistan silahlı qüvvələri yenidən cəbhənin Tərtər istiqamətində fəallıq göstərir.
ANS PRESS-in məlumatına görə, bu gün saat 18:30-dan etibarən təmas xəttində yerləşən Qapanlı kəndi 20 dəqiqəyə yaxın qarşı tərəfin atəşinə məruz qalıb.
Atılan güllələrdən bir neçəsi kənd sakini Emin Tanrıverdiyevin evinin önünə çəkilmiş istinad divarına dəyib.
Kəndin otlaq sahələrində mal-qarasını otaran çobanlar isə sahədən sürünərək çıxdıqlarını deyib.
Sakinlər əkin sahələrindəki məhsula yandırıcı güllələrdən alov düşəcəyindən ehtiyat edir.
OXŞAR XƏBƏRLƏR