Ermənilər yenə Azərbaycan vətəndaşını yaraladılar

Ermənilər yenə Azərbaycan vətəndaşını yaraladılar
Bütün Xəbərlər
10:58 27.06.2014
604

Ermənilərin atəş aşması nəticəsində daha bir vətəndaşımız xəsarət alıb. AZXEBER.COM Kəpəz TV-yə istinadən bildirir ki, düşmən ordusu bu dəfə silahları Hacallı kəndinə tuşlayıb. Sakinlərin bildirdiyinə görə, səhər və axşam fasilələrlə kənd gülləbaran edilib. Güclü atışma zamanı Hacallı kənd sakini güllə yarası alıb.   Ermənilərin atəş açması nəticəsində Hacallı kənd sakini 30 yaşlı Elnur Quliyev qolundan güllə yarası alıb. Fiziki qüsurlu olan sakin kəndin düşmən postlarına yaxın ərazisində hündür təpəyə çıxarkan ona atəş açılıb. Yaralı dərhal valideynlərinin  köməkliyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılib. Axşam saatlarından isə Əlibəyli və Hacallı kəndlərinin düşmənlə sərhəddə yerləşən otlaq sahələrində yanğınlar törədilib. Ermənistan silahlılarının yandırdığı sahələr saat 01:30 radələrinə qədər alovlanıb. Gecə saatlarında havanın küləkli olması isə yanğının yaşayış məntəqlərinə tərəf yan almasına şərait yaradıb. Bundan başqa, düşmənlərin atəşi nəticəsində Əlibəyli kənd sakini Abdulla Ələsgərovun həyətindəki iribuynuzlu heyvan da tələf olub.  Qeyd edək ki, son günlər düşmən ordusu cəbhə xəttində fəallaşıb. Bir neçə gün öncə də Tovuzun Əlibəyli kəndində 3 dinc sakin düşmən gülləsinə tuş gələrək yaralanıb.

 

 

OXŞAR XƏBƏRLƏR