Ermənilərə dəstək verən kimlərdir? - ARAŞDIRMA

Ermənilərə dəstək verən kimlərdir? - ARAŞDIRMA
Bütün Xəbərlər
13:52 18.10.2012
1443
Fransa, ABŞ, Hollandiya, Almaniya, Belçika erməni lobbisinin yalanlarına inanan və erməni terroruna dəstək verən supergüc ölkələrdir. Bir əsrdən çoxdur ki, bu ölkələr həm Türkiyə, həm dəAzərbaycanda törədilən erməni terroruna və yalanları həqiqətə çevirmək üçün maddi dəstək verir, ölkələrin siyasi imicini zərbə altında saxlayırlar. Azər və osmanlı türklərinin tarixi gerçəklikləri saxtalaşdırılır, ermənilərin bütün cəfəng iddiaları erməni alimlərinin kitablarında tarixi həqiqətlər kimi əks olunur. Erməni lobbisinin fəaliyyət tarixi Osmanlı imperiyası dönəmindən başlayıb. Osmanlı imperiyasında fəaliyyət göstərən protestant missionerlər bu dövrdə bütün ideyalarını həyata keçirmək üçün ayrı-ayrı yerlərdə kiçik qruplar şəklində yaşayan erməni cəmiyyətindən istifadə etməyə başladılar. Osmanlı və Azərbaycan ərazisində erməni millətinin tam şəkildə möhkəmlənməsinə söz verən protestant missionerlər tarixi erməni lobbisinin təməlini qoydular. Xüsusi erməni lobbisinin yetişdirilməsində ABŞ müstəsna əhəmiyyət kəsb edən addımlar atdı. Maarif və sivilizasiya cəhətdən əziyyət çəkən ermənilər Amerikada məktəblər, tibbi klinika və kilsələrlə təmin olundular. Bundan sonra kifayət qədər lobbi fəaliyyəti mövzusunda təşkilatlanan və maariflənən ermənilər Amerika siyasətində yəhudilərdən sonra əsas söz sahibi olan millət oldu. ABŞ-dakı erməni lobbisi həm Respublikaçılar, həm də Demokrat partiyalarında təmsil olunurlar. Lobbinin başında sözsüz ki, Respublikaçılar partiyası dayanır. Respublikaçı senator Co Knollenberqin təşəbbüsü ilə Dağlıq Qarabağı Ermənistanın hissəsi kimi göstərən xəritənin və Amerikada “Erməni Soyqırımı” layihəsinin rəhbəridir. Ermənistan müstəqillik əldə etdikdən sonra ABŞ-dakı erməni lobbisinin fəaliyyəti nəticəsində Ermənistan bu ölkədən 4 əsas sahədə dəstək görməkdədir: ABŞ Ermənistana etdiyi maliyyə yardımlarını həcmini artırır; Ermənistan siyasətinin yalançı ideyalarının həyata keçirilməsinə dəstəyin verilməsi; ABŞ-ın Azərbaycana edəcəyi yardımlara maneələrin törədliməsi; “Erməni soyqırımı”nın dünya miqyasında tanıtdırılması.Birincisi - Amerika Konqresindəki erməni deputatların səyləri nəticəsində 1992-1996-cı illər aralığında ABŞ-ın Ermənistana etdiyi maliyyə köməyinin miqdarı 350 milyon dollardan çox olub. Digər illərdə isə bu rəqəm kəskin şəkildə artaraq 500 milyon dollara çatıb. İkincisi - Ermənistan siyasətinin digər ölkələrin siyasi kursu içərisində həyata keçirilməsi erməni lobbisinin fəaliyyətinin mərkəzindədir. Bu siyasətin acı nəticəsidir ki, Ermənistan regionda həyata keçirilən layihələrdən kənarda qalıb. Və bu siyasətin nəticəsində Azərbaycan Respublikasının 1/5 hissəsi Ermənistan tərəfindən işğal edilib. Xarici güc dairələrinin xüsusi tapşırıqları ilə siyasət yeridən Ermənistanın öz fikrinin olmamasını işğalçı ola-ola Amerikanın Azərbaycana dövlət səviyyəsində yardımına maneə törətmək və özündə yazıqlıq imici yaradaraq həmin maliyyə yardımlarını Ermənistana ötürməklə sübut edib. Erməni lobbisinin üçüncü nailiyyəti isə Ağ Evin Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişdir. 907-ci düzəlişə görə ABŞ Ermənistanı blokadaya aldığına görə Azərbaycana dövlət səviyyəsində kömək etməyəcək. Vəziyyət o vaxta qədər davam edəcək ki, Azərbaycan bu barədə Amerika Konqrseinə hesabat verəcək. Məhz erməni lobbisinin Amerikadakı fəaliyyəti sayəsində “Erməni soyqırımı” Amerika parlamentində müzakirəyə çıxarılaraq qəbul olundu. Bu da erməni lobbisinin dördüncü müvəfəqiyyəti sayılır. Ümumiyyətlə, erməni lobbisi dünya miqyasında böyük şəbəkəyə malikdir. Lobbinin qolları Amerika Uruqvayından Afrika Uqandasınadək uzanıb. Ağ Ev rəhbərliyinin Amerikadakı erməni lobbi fəaliyyətini genişləndirməkdə digər məqsədi bu ölkədəki yəhudi lobbisinin təsir dairəsini kiçiltməkdir.Fransanın qaynar qazanında bişən ermənilər Xaricdəki erməni lobbisinin yalançı iddialarının, çəkdikləri filmlərin, sənədli ekran əsərlərinin, çap elədikləri kitabların əsas təbliğatçısı sözsüz ki, Fransadır. Fransanın ermənipərəst hökumətləri erməni lobbilərinin dünyaya tanıtdırılmasında əhəmiyyətli sayılacaq işlərə malikdir. Fransada yaşayan yarım milyona qədər erməni demək olar ki, Fransa hökuməti tərəfindən terror ruhunda yetişdirilir. Hökumət erməni lobbisinin fəaliyyəti üçün hər il 100 milyard dollardan çox pul xərcləyirlər. Məhz erməni lobbisi əldə etdikləri gəlirlərlə Beynəlxalq Erməni Terror Təşkilatlarına maliyyə yardımı edirlər.Lobbi fəaliyyəti Ermənistanı zərbə altında saxlayır
OXŞAR XƏBƏRLƏR