Ermənistan Silahlı Qüvvələri cəbhədə atəşkəsi pozmaqda davam edir.
Atəşkəsin pozulması nəticəsində atılan mərmilərdən biri Tərtər rayonunun Düyərli kənd sakinin evinə düşüb. Hadisə nəticəsində ev sakini 1983-cü il təvəllüdlü Əliyeva Mehbarə Nəbi qızı yaralanıb.
Bərdə rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralı çoxsaylı qəlpə zədəsi alıb. Vəziyyəti hazırda stabildir.
///AzNews.az