Ermənilərin hər gün atəş altında saxladıqları Azərbaycan kəndindən - REPORTAJ

Ermənilərin hər gün atəş altında saxladıqları Azərbaycan kəndindən -  REPORTAJ
Bütün Xəbərlər
16:54 01.07.2014
843

Koxanəbi kəndi Tovuzun, düşmən mövqeyinə ən yaxın olan kəndidir.

AZXEBER.COM-un TTV-yə istinadən verdiyi məlumata görə, Buna görə də erməni xislətinə daha çox bu kəndin sakinləri şahid olurlar. Sakinlər TTV-yə bildiriblər ki, əgər bizim ordumuz güclü olmasa, ermənilər qorxmasalar bizi bir gün də olsun sağ qoymazlar. Vəziyyət isə başqa cürdür. Bizim postlarımız da erməni kəndlərinə nəzarət edə bilir və düşməni dərhal susdurmaq iqdidarındadır. Elə bütün atışmalar zamanı bunun şahidi oluruq. Lakin düşmən ordusu buna rəğmən hər zaman olduğu kimi yenə də təxribatını davam etdirir.

Müxbir Nicat Abdullayev: "Düşmən postlarından təxminən 500-600 metr məsafədə yerləşən bu ev demək olar ki, hər gün bu cür iriçaplı silahların güllələrinə tuş gəlir."

Ermənilərin məqsədi kənd əhalisinin gözünü qorxudmaqdır. Mənfur düşmən əhalini qorxudub kənddən didərgin salmağa çalışır ki, ərazidə bizim mövqeyimiz zəifləsin. Evi güllələnən kənd sakininin düşmənə cavabı isə bu cür oldu.

Sakin Cəbrayıl Hüseynov: "1991-ci ildən ermənilər müntəzəm olaraq atırlar. Rayonumuzun 69 km Ermənistan ilə sərhəd ərazisi var. Digər yerlərdə yüksəklik bizdədir. Ancaq bu Koxanəbi kəndinin üstündə 2-3 dənə erməni postu var. Biz də onlardan qorxmuruq. Erməni kimdir ki?! Yaşayırıq özümüz üçün, əkin-biçin var, heyvandarlıq, məhləmiz."

Kənd sakinləri ordumuzun düşməni hər daim susdurduğunu dedilər. Erməni təxribatının mahiyyətini anlayan sakinlər nə olursa olsun, kənddən çıxmayacaqlarını və ordumuza güvəndiklərini dedilər.

OXŞAR XƏBƏRLƏR