Ermənilərin növbəti ərazi iddiaları şok yaratdı - FOTOLAR

Ermənilərin növbəti ərazi iddiaları şok yaratdı - FOTOLAR
Bütün Xəbərlər
22:54 02.09.2011
2083

3 erməni Türkiyəni məhkəməyə verib

AZXEBER.COM-un verdiyi məlumata görə, onlar İncirliyin erməni torpağı olduğunu irəli sürürlər. Bununla bağlı ABŞ Xarici İşlər Nazirliyi Türkiyəyə diplomatik nota göndərib. Osmanlı dövründə yaşayan Dikran Əfəndi ilə Kalina Hatun adlı ermənilərin yaxınları ərazinin bir hissəsinin onlara aid olması ilə bağlı məhkəməyə müraciət ediblər. İncirlik ərazisinin 3.671%-i üzərində haqqları olduğunu iddia edən 3 erməninin Kaliforniya Federal Məhkəməsində qaldırdığı cinayət işi ilə bağlı Ankaraya göndərilən notada Türkiyənin müdafiə olunmadığı üçün qiyabi olaraq uduza biləcəyi göstərilib. İddiaya görə, Alex Bakalian, Anais Harotunian və Rita Mahdessian həm Türkiyə Cümhuriyyəti, həm də Türkiyə Mərkəzi və Ziraat Bankından təzminat tələb edirlər. Şikayətçilər təzminat olaraq 63.9 milyon dollar, həmçinin ABŞ ordusuna kirayə verilən ərazidən icarə gəlirləri üçün pay və faiz də istəyiblər. Məlumata görə, iddia şərtlərinə əsasən Türkiyədən təxminən 100 milyon dollarlıq məbləğ tələb olunur.

OXŞAR XƏBƏRLƏR