Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlardan atəşə tutduğu Tovuzun Əlibəyli kəndinin yaralanan sakinlərinin durumu yaxşılaşıb.
AZXEBER.COM ANS TV-yə istinadən verdiyi məlumata görə, qarın nahiyəsindən yaralanan 52 yaşlı Anya Ələkbərovanın durumu dünəndən yaxşılaşmağa başlayıb.
Bir az problemi olan, üz-çənə nahiyəsindən güllə yarası alan Fərid Məmmədov idi. Həkimlər onun da durumunun artıq normal olduğun xəbər verirlər. Güllə burnundan girib cənəsində dayanan Fərid Məmmədovun üzərində dünən Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyəsi şöbəsində əməliyyat keçirilmişdi.