“Ermənistan bunların heç birinə məhəl qoymur”

“Ermənistan bunların heç birinə məhəl qoymur”
Bütün Xəbərlər
00:05 06.07.2012
1425
Bu gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış ediblər.
AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi məlumata görə, çıxışında İ. Əliyev Azərbaycan ilə Avropa institutları arasında əlaqələrin uğurla inkişaf etdiyini dedi və bu əməkdaşlığın tərəfdaşlıq xarakteri daşıdığını bildirib."Bu münasibətlər iqtisadi əməkdaşlığı, enerji təhlükəsizliyi və digər sahələri əhatə edir və Avropa İttifaqının üzvü olan ölkələr ilə əlaqələrimiz çox güclüdür, həmçinin qarşılıqlı maraqlara söykənir", - deyən dövləti başçısı bütün bunların Bakıda aparılan danışıqların mövzusunu təşkil etdiyini vurğulayıb.Prezident qeyd etdi ki, ötən dövrdə ölkəmizdə insan hüquqlarının qorunması, demokratik azadlıqların təmin edilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bildirib ki, Ermənistan 20 ildir Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası da daxil olmaqla digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, Ermənistan bunların heç birinə məhəl qoymur.ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrinin dövlət başçılarının status-kvo ilə bağlı bəyanatından razılıq ifadə edən Prezident İlham Əliyev regionun əsas enerji layihələri barədə də danışıb."Biz Xəzərin karbohidrogen ehtiyatlarının dünya və Avropa bazarlarına çatdırılması təşəbbüsünü irəli sürən ilk ölkəyik", - deyən İlham Əliyev ölkəmizin bundan sonra da avropalı tərəfdaşların enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcəyini bildirib.Prezident İlham Əliyev yeni kəşf olunan yataqlar, TANAP layihəsinin əhəmiyyəti barədə danışarkən qeyd edib ki, Azərbaycanın qazı Avropa və dünya üçün yeni mənbədir və bu layihələr növbəti onillikləri, bəlkə də yüzillikləri əhatə edir.Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycanda ilk dəfə olmağından məmnunluğunu bildirib.Ölkəmizdə sürətli inkişafın şahidi olduğunu deyən qonaq may ayında Bakıda keçirilmiş və Avropada ən çox izlənilən "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili münasibətilə təbriklərini çatdırıb.Aparılan müzakirələrin səmərəli olduğunu deyən Herman Van Rompuy Azərbaycan-Avropa İttifaqı münasibətlərini yüksək qiymətləndirib."Biz bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin intensiv xarakter daşıdığını müşahidə edirik. Enerji sahəsində də əməkdaşlığımız inkişaf edir", - deyən Herman Van Rompuy "Cənub" qaz dəhlizi və "Transxəzər" kəməri ilə bağlı aparılan danışıqların həm Avropa İttifaqı, həm də Azərbaycan üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.Transanadolu qaz kəmərinin əhəmiyyətindən də danışan Herman Van Rompuy Avropa İttifaqının Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmanı alqışladığını vurğulayıb."Biz əlaqələrimizi daha da inkişaf etdirmək üçün böyük potensiala malikik", - deyən Avropa İttifaqı Şurasının prezidenti "Şərq tərəfdaşlığı" çərçivəsində aparılan fəaliyyətin uğurlu olduğunu, 2013-cü ildə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə qədər bir çox işlərin görülə biləcəyini diqqətə çatdırıb.Herman Van Rompuy vurğuladı ki, Azərbaycan dünyəvi cəmiyyətdir və Avropa İttifaqı burada dini dəyərlərə, tolerantlığa olan münasibəti yüksək qiymətləndirir. Region ilə yanaşı, Avropaya da demokratik dəyərlərə söykənən sabit Azərbaycan lazımdır.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Herman Van Rompuy bildirdi ki, nizamlanma prosesi ilə bağlı irəliləyiş prioritet məsələ olmalıdır. Həm Azərbaycan, həm də Ermənistan Madrid prinsiplərinə əsaslanan və davamlı sülhə aparan qərarlar verməlidirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh verdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh verdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA