Ermənistan 'Eurovision-2012'də iştirakdan imtina etdi
MƏDƏNİYYƏT
13:49 07.03.2012
2721
Ermənistan Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirakdan imtina edib. "Biz Ermənistanın builki Eurovision Mahnı Müsabiqəsində iştirakdan imtina etməsinə təssüflənirik." Bu açıqlamanı Avropa Yayımları Birliyinin adından Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand verib. "Avropa Yayımları Birliyi və ev sahibi yayımçının Ermənistanın mahnı müsabiqəsində rahat iştirakı üçün səylərinə baxmayaraq bizdən asılı olmayan səbəblərdən bu təəssüf doğuran qərar verilib" - deyə Yan Ola Sand bildirib.