Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN

Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
DÜNYA
23:28 06.10.2026
247
Ermənistan Rusiya hərbi bazasının ölkədən mümkün çıxarılması ilə bağlı məsuliyyəti Moskvanın üzərinə qoymağa çalışır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, İrəvan məsələni elə təqdim etməyə çalışır ki, guya Rusiya hərbi bazasının Ermənistanda gələcək fəaliyyətinin müzakirəsini məhz Moskva başladıb.

"Ermənistanın hakim elitası çox vaxt ən mühüm qərarların xarici oyunçular tərəfindən qəbul ediləcəyini gözləyir”, – Kaluqin deyib.

Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələr son dövrdə gündəmə gəlib.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR