"Ermənistan itkilərini gizlədir, oktyabrın sonunda 12-13 min itkiləri var idi" - Deputat

"Ermənistan itkilərini gizlədir, oktyabrın sonunda 12-13 min itkiləri var idi" - Deputat
SİYASƏT
15:32 27.11.2020
1478
"Bu artıq hər kəsə bəllidir ki, Ermənistan itkilərini gizlədir. Təkcə oktyabrın 20-dən sonra olan rəqəmlərə görə hətta Rusiya mediası itkilərin 12-13 min olmasını qeyd edirdi. Bəzi QHT-lər isə 5 min insan haqqında məlumat olmamasından danışırdı. Bunlar hamısı faktdır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
 
O Ermənistanın real itkiləri gizlətdiyini və hakimiyyətin xalqa yalan məlumat verdiyini bildirib: "Ermənistanın itkiləri açıqlanan rəqəmlərdən dəfələrlə çoxdur. Bunun da əsas səbəbi onların öz biabırçı məğlubiyyətlərinə don geyindirmək cəhdidir. Həmçinin onlar itkilərini gizlətməklə xalqlarına yalan danışır. Bunun da fonunda ermənilər məğlubiyyətlərinin fərqində deyildi. Paşinyan hakimiyyətinin geriyə addım atmağa yolu yoxdur. Bu səbəbdən saxta rəqəmlər üzərində dayanır". 
 
Deputat deyib ki, müharibədə biabırçı məğlubiyyət Paşinyan hakimiyyətinin sonuna gətirəcək: "Ermənistanın silah-sursatının Bakıya gətirilməsi ilə bağlı görüntülər də yayılıb. Kapitulyasiyaya imza atmış ölkə mütəmadi olaraq xalqı məlumatlandırsaydı, bu qədər ağrı yaşamazdı. Ermənistan son ana qədər öz ordusunun irəliləcəyini düşünürdü. Hadrutu, hətta Cəbrayılı aldığlarını düşünürdülər. Bu saziş Paşinyan hökümətininin həm siyasi rəqiblərinə, həm də sadə xalqa ciddi təsir etdi. Mən düşünürəm ki, baş verən proseslər Ermənistanda Paşinyan hakimiyyətin sonunu gətirəcək. Bu belə davam edə bilməz".
 
Nazim Qasımzadə
OXŞAR XƏBƏRLƏR